
Gülnar Lətifova
Həkim-Cərrah
Təcrübə : 10
Təcrübə : 10
Gülnar Lətifova 16 aprel 1986-cı ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib.1993-cü ildə Bakının Nizami rayonundakı 220 saylı məktəb-liseydə ilk təhsilə başlamış və 2004-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.2004-cü ildə BDU biokimya fakültəsinə daxil olmuş, lakin tək arzusu həkim olduğundan 2005-ci ildə yüksək balla ATU -ya daxil olmuşdur.6 il ərzində ATU-da nümunəvi tələbə olmuş və yüksək nəticələrlə Universiteti bitirmişdir.Bitirdiyi ildə Azərbaycanda Rezidentura təhsilinə ,Otorinolarinqologiya ixtisasına qəbul olmuş və bu ixtisas üzrə ixtisaslaşmışdır.Rezidentura təhsili müddətində Almaniyada və Türkiyədə ixtisasartırma kurslarına getmiş və xaricdə tətbiq olunan yenilikləri ölkəmizdə də tətbiq etməyə başlamışdır.Rezidentura təhsili bitdikdən sonra təyinatla Bakı şəhəri, 4 Nömrəli uşaq poliklinikasına Otorinolarinqoloq ixtisasına təyin olunmuşdur.Hal-hazırda həm poliklinikada, həm də “Laser Beauty Klinika “ da həkim -cərrah kimi fəaliyyət göstərir