
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsi ilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədi ilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur.