
Fidan Mustafayeva
Həkim-Kosmetoloq
Təcrübə : 8
Təcrübə : 8
Fidan Mustafayeva 17 oktyabr 1984 cü ildə Bakı şəhərində,ziyalı ailəsində doğulmuşdur.1991-2001-ci illərdə Nəsimi rayonu 9 saylı orta məktəbdə təhsil almışdır.
2001-2007 ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almış,buranı qırmızı diplomla bitirmişdir.
Estet həkim-kosmetoloq fəaliyyətinə 2014-cü ildən başlamışdır. Bu dövrdə dəfələrlə yerli və xarici konqres və seminarlarda iştirak etmişdir. Onlarla tələbə hazırlamış və öz tələbələri və kosmetologiyaya yeni başlayanlar üçün “Estetika” adlı tədris vəsaitini hazırlamışdır.
İtaliya, Fransa, Türkiyə, Koreya, Gürcüstan, Ukrayna, Monako, Xorvatiya və s. Xarici ölkələrdə də estetik konfranslarda iştirak edib.