Aidə Həsrətli

Aidə Həsrətli

Kosmetoloq

Təcrübə :   10

HAQQıMıZDA

Həsrətli Aidə Mübariz qızı

Kosmetoloq Aidə Həsrətli bu sahədə 10 illik iş təcrübəsinə sahibdir. 
Bu müddət ərzində həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil edilən bir çox seminar, konfrans və təlimlərdə iştirak edib. Bunlardan biri Azərbaycanda hər il keçirilən “Azerbaijan Aesthetic&Anti-Age Medicine” Qurultayıdır. Aidə Həsrətli 2016-cı ildən bəri bu qurultayın hər birində iştirakçı olub.

Bununla yanaşı, 2018-ci ildə Gürcüstanda Kalxidada keçirilən “Plastik cərrahiyyə və Dermotologiya üzrə 12-ci Beynəlxalq Qafqaz Qurultayı”da iştirak edib. Beynəlxalq səviyyədə tanınan, 200 ölkəni təmsil edən spikerlərdən yiyələndiyi bilikləri öz təcrübəsinə qatıb.  

Kosmetologiya sahəsində baş verən yeniliklərdən xəbərdar olmaq üçün daima Türkiyədə təşkil edilən konfrans və təlimlərə qoşulub. Eləcə də Azərbaycanın tanınmış kosmetoloqlarından, xüsusilə, son dövlərdə Dr. Rəna Soltanovadan dərslər alıb, onun təcrübələrindən faydalanıb. 

Aidə Həsrətli istifadə etdiyi kosmetoloji vasitələrin, preparatların fayda və istifadə qaydalarını dərindən öyrənmək üçün şirkətlərin təşkil etdiyi proqramlara, təlimlərə də qoşulur. 

Hazırda “Laser Beauty Center” estetik mərkəzinin Sumqayıt filialında Kosmetoloq vəzifəsində çalışır.