Rəna Soltanova

Rəna Soltanova

Baş Həkim

Təcrübə :   13

HAQQıMıZDA

Soltanova Rəna Rüfət qızı 1984-ci il, aprel 28-də, Azərbaycanda anadan olmuşdur.
“Estetik kosmetologiya mütəxəssisləri”İctimai birliyinin təsisçisi, Soltanova Rəna Rüfət qızı 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin dermotoloq-veneroloq ixtisası üzrə təhsil almış, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı,  2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomundan sonra Təhsil Akademiyasında Ümumi Cərrahiyyə üzrə ordinaturanı bitirmişdir. Bu günədək yüzlərlə beynəlxalq konfrans və seminarlarında, təlimlərdə iştirak etmiş və dünyanın bir çox ölkələrində mühazirələrlə çıxış etmişdir. O, Türkiyənin “Yüz  Plastik Cerrahi Dernegi”- nin üzvüdür. 09.12.2019-cu il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq səviyyəli “Türkiyə başarı ödülləri” tədbirində "Uğurlu iş fəaliyyətinə görə” ölkə daxilində isə müxtəlif vaxtlarda "İlin kosmetoloqu" nominasiyası üzrə mükafatlara layiq görülmüşdür.  
R.Soltanova 13 ilə yaxın müddətdir ki, estet dermotokosmetoloq kimi fəaliyyət göstərir. Azərbaycanda peşəkar səviyyədə estet kosmetoloq kimi fəaliyyət göstərən ilk həkimdir. Hazırda ”Laser Beauty Estetik Klinikası” MMC-nin təsisçisi və Baş Həkimidir. Dünyanın bir çox ölkələrindən (Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan, Fransa, Səudiyyə Ərəbistanı, İran, Dubay, Kanada, ABŞ və b.) pasiyentləri olan Rəna xanım öz işi ilə həm ölkədə, həm də xaricdə özünə və rəhbərlik etdiyi klinikaya nüfuz qazandırmışdır.  Eyni zamanda o, bilik və bacarıqlarını aşılamaqla yüzədək estet həkim kosmetoloqlar yetişdirmişdir. Ukrayna və Türkiyə kosmetoloqları ilə sıx əlaqədə olmaqla, beynəlxalq əməkdaşlıq əlaqələri var. Eyni zamanda o, müxtəlif vaxtlarda həmin ölkələrdə pasiyentlərə uğurlu kosmetoloji xidmət göstərmişdir.
"Aknelər və yeni metodla müalicəsi" doktorluq dissertasiyasının üzərində çalışır.
Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin xahişi ilə öz təcrübəsi haqqında, uğur qazanmağın yolları və stimullaşdırıcı tövsiyələrlə zəngin kitabın ərsəyə gəlməsinə az müddət qalmışdır. Rus və ingilis dillərində sərbəst danışır. E-mail: dr.rena@mail.ru
- 11.10.2018 tarixdə Bakı, Hilton Oteldə dr. Rəna Soltanova tərəfindən Azərbaycanda ilk olaraq keçirdiyi master klasda 100-dək həkim kosmetoloq iştirak etmişdir,
- 21.04.2019 tarixdə  Excelsior Oteldə dr. Rəna Soltanova tərəfindən 2-ci irimiqyaslı master klass keçirilmişdir.
 
- İctimai sosial məsələlər də onun fəaliyyətinin bir hissəsidir. Belə ki, 2019-cu ilin sentyabr ayından həkim-kosmetoloq Rəna Soltanovanın təşəbbüsü və rəhbərliyi ilə “Yaxşılıq et, gözəllik qazan” adlı sosial layihəyə yüzlərlə insan qoşuldu. Bu layihə vasitəsilə qısa zamanda Bakıda və regionlarda yüzdən çox köməyə ehtiyacı olan ailələrə yardımlar edilir.